Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini K.Ramazanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən K.Ramazanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K.Ramazanovun sürücülük hüququ altı ay müddətində məhdudlaşdırılıb
Lənkəranda narkotik istifadəçisi olan şəxsin sürücülük hüququ məhdudlaşdırılıb
© APA | K.Ramazanov, Lənkəranda sürücülük hüququ məhdudlaşdırılan şəxs
19 dekabr 2021 14:16 (UTC +04:00)
Sosial
Norveç səyyahı: Azad edilən ərazilərdə qısa müddətdə bu qədər işlərin görülməsi təqdirəlayiqdir
13:32
2 may 2024
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində növbəti panel keçirilib - FOTO
13:25
2 may 2024
FHN “SeaBreeze Resort” istirahət və yaşayış kompleksində təlim keçirib - FOTO
13:19
2 may 2024
Beynəlxalq səyyah: "İşğal dövründə dağıdılan evləri sakinlər heç vaxt unuda bilməzlər"
13:14
2 may 2024