Bank Of Baku

Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 19 fevral 2023 10:11 (UTC +04:00)

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR