Lerik və Yardımlı arasında nəqliyyatın hərəkəti bərpa olunub - FOTO

Lerik və Yardımlı arasında nəqliyyatın hərəkəti bərpa olunub  - FOTO
# 12 aprel 2024 20:29 (UTC +04:00)

Lerikdə sel suları nəticəsində dağılan suötürücü borular düzəldilib, Yardımlı rayon istiqamətində hərəkət bərpa olunub.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar komissiyalarının sədri Habil Məlikov APA - nın cənub bürosuna bildirib ki, gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub və yolun bərpası istiqamətində zəruri tədbirlər görülüb.

Xatırladaq ki, Lerik rayon ərazisinə yağan aramsız yağışlar nəticəsində aprelin 11-də gecə saatlarında Təkdam-Alar hərbi avtomobil yolunun Lerik rayonunun Ağqışlaq kəndi ərazisindən keçən hissəsində, yolun tikintisini həyata keçirən podratçı təşkilat tərəfindən “Şərətük” çayı üzərində körpü əvəzi qoyulmuş (körpünün tikintisi yarımçıq saxlanılmışdır) iri diametrli beton boruların bir hissəsini sel suları aparıb.

Nəticədə yol həmin hissədə keçilməz vəziyyətə düşüb. Eyni zamanda Ağqışlaq kəndinin daxilində kənd sakinləri tərəfindən körpü əvəzi qoyulmuş boruların da bir hissəsini sel aparıb.

Qeyd edək ki, bu yoldan Lerik rayonunun 30 - a yaxın kəndin sakinləri istifadə edir, Yardımlı - Masallı rayonlarına gedib - gəlirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR