Dünən gecə saatlarında başlayan leysan yağışları bir nece rayonda fəsadlar törədib.
APA-nin Şirvan bürosu xəbər verir ki, leysan yağışları nəticəsində İsmayıllı rayonunun Qurbanəfəndi, Yeni yol, Qəbələnin Bunud, Həzrə və İmamlı kəndlərində, Göyçayın Potu, eləcə də Qarabaqqal kəndlərində sel yol və şəxsi təsərrüfatlara ziyan vurub.
Hazırda ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bölgədə leysan yağışları davam edir.