“Litvanın Azərbaycanla ticarət əlaqələri üçün yaxşı potensial var”.
APA-nın məlumatına görə, bunu Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas bu gün Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib: “Biz müxtəlif sahələrdə əməkdaşlıq edə, ticarət əlaqələrimizi dərinləşdirə bilərik”.
Eqidius Navikas deyib ki, bu, Litva səfiri kimi Gəncəyə ilk səfəridir: “Səfər çərçivəsində şəhərin icra başçısı ilə görüşdüm və biz əməkdaşlıq imkanlarını müzakirə etdik”.