Bank Of Baku

Macarıstan ABŞ-dan "HIMARS" və digər müasir silahlar almağı planlaşdırır

Macarıstan ABŞ-dan "HIMARS" və digər müasir silahlar almağı planlaşdırır
# 09 noyabr 2025 06:18 (UTC +04:00)

Macarıstan hökuməti ABŞ-dan HIMARS reaktiv yaylım atəşi sistemləri və digər müasir silah növləri almağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin müdafiə naziri Kristof Salay-Bobrovnitski məlumat verib.

Nazir bildirib ki, HIMARS sistemi ölkənin növbəti onillik üçün silahlı qüvvələrin inkişaf planına daxil edilib.

Onun sözlərinə görə, bu sistem Macarıstanın strateji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR