MDSS üzrə daxilolmalar 15,4% artıb

MDSS üzrə daxilolmalar 15,4% artıb
# 21 fevral 2024 09:35 (UTC +04:00)

2024-cü ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 52,9 mln. manat və ya 15,4% artım qeydə alınıb.

Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən xəbərə görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 mln. manat və ya 10,9%, qeyri-büdcə təşkilatları üzrə isə 48,1 mln. manat və ya 19,9% artımla olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR