Keçən il qeydə alınan məişət zorakılığına dair cinayətlərin bölgüsü açıqlanıb.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Keçən il məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1236‐sı qəsdən sağlamlığa yüngül zərər vurma, 88‐i qəsdən sağlamlığa az ağır zərər vurma, 62‐i qəsdən adam öldürmə, 49‐u qəsdən sağlamlığa ağır zərər vurma, 18‐i adam öldürməyə cəhd, 6‐sı əzab vermə, hərəsi 2 fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qanunsuz azadlıqdan məhrum etmə, hərəsi bir fakt olmaqla özünü öldürmə həddinə çatdırma, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, 16‐ sı digər növlərdir. Həmin cinayətlərdən yalnız biri təkrar törədilib.