Məişət zorakılığından zərər çəkmiş 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib

Məişət zorakılığından zərər çəkmiş  30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib
# 06 avqust 2024 12:45 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə məişət zorakılığından zərər çəkmiş 52 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 30 nəfəri uşaqlardır.

Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində fərdi iş planı üzrə həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılıb.

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Şöbəyə qəbul edilən şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.

Hazırda qeyd edilən şöbədə 6-sı uşaq olmaqla 10 şəxsə xidmətlər göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR