Bank Of Baku

Milli Məclisdə dövlət ailə siyasəti ilə bağlı ictimai müzakirə keçiriləcək

Milli Məclisdə dövlət ailə siyasəti ilə bağlı ictimai müzakirə keçiriləcək
# 25 yanvar 2023 14:08 (UTC +04:00)

Milli Məclisdə paytaxt və bölgələrdə dövlət ailə siyasəti ilə bağlı ictimai müzakirə keçiriləcək.

APA xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində “Məişət zorakılığı” mövzusunun aktuallığını nəzərə alaraq paytaxt və bölgələrdə dövlət ailə siyasəti, qadın və uşaqların hüquqları ilə bağlı bütün təbəqələrin iştirakı ilə maarifləndirilmə layihələrinin, ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, komitə tərəfindən sessiya müddətində qadın hüquqları ilə bağlı Ailə Qadın və Uşaq Komitəsi, bu sahədə mövcud olan vətəndaş, QHT təşkilatları ilə birgə video-konfransın keçirilməsi, görüşün nəticəsi olaraq təkliflərlə bağlı hesabatın hazırlanması da planlaşdırılır.

Bundan başqa, komitə tərəfindən iyun ayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbirin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, sessiya müddətində komitədə 18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR