Bank Of Baku

Minimum pensiyadakı artımın nə zaman ödəniləcəyinə aydınlıq gətirilib

Minimum pensiyadakı artımın nə zaman ödəniləcəyinə aydınlıq gətirilib
# 10 fevral 2023 11:51 (UTC +04:00)

Minimum pensiya alanların artımlarını nə zaman alacaqlarına aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da məlumat verib.

O bildirib ki, minimum pensiyalarda artımla əlaqədar hazırlıq işləri başa çatdırılıb.

"Hesablamalar aparılıb. Qrafiklərə uyğun olaraq pensiyaların artımlarla birgə ödənilməsi həyata keçiriləcək" - deyə o qeyd edib.

Qeyd edək ki, fevralın 1-dən qanunvericiliyə dəyişiklik edilib və minimum pensiyanın məbləği 240 manatdan 280 manata çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR