Bank Of Baku

MM komitə sədri: 30-40 yaşlı insanların qızılcaya yoluxması halları var, bu xəstəliklər gərək nəzarətdə olsun

MM komitə sədri: 30-40 yaşlı insanların qızılcaya yoluxması halları var, bu xəstəliklər gərək nəzarətdə olsun
# 18 yanvar 2024 11:32 (UTC +04:00)

Epidemioloji vəziyyət bizim ölkəmizdə də sabit deyil. Bir çox yoluxucu xəstəliklər baş qaldırır.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, COVİD artıq təhlükəli xəstəlik deyil: “Bəzən onu ayaqüstü keçiririk, heç bilmirik. İndi ölkəmizdə qızılca ilə bağlı vəziyyət yaxşı deyil. Uşaqlarla yanaşı, yaşlılar, 30-40 yaşlı insanların qızılcaya yoluxması halları var. Yoluxucu xəstəliklər gərək daim nəzarətdə olsun. Bu səhiyyənin elə sahəsidir ki, bura nəzarət bir qədər azalan kimi orada alovlanma başlayacaq. Hər hansı yoluxucu xəstəliyin ölkədə silinməsi, getməsi onun tamamilə yox olması demək deyil. O hər zaman geri qayıda bilər. Ona görə bu sahədə çalışan mütəxəssislərimiz çox ciddi işlər görməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR