MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir

MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir
# 17 aprel 2024 12:23 (UTC +04:00)

Metabolik xəstəliklərin əsas səbəblərindən biri yağlardır. Yağların tərkibinə nəzarət təkcə bizdə deyil, digər dünya ölkələrində də problemli məsələlərdəndir.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisdə Ailə, Qadın və Uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən birgə ictimai dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, heyvan mənşəli yağlar zərərli deyil, həmin mənşə adı altında satılan, amma tərkibində başqa qatqılar olan yağlar insan orqanizmi üçün təhlükəlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR