Bank Of Baku

MTK 3 il ardıcıl olaraq Azərbaycanı Amerikada təmsil edən ilk özəl məktəb olub

MTK 3 il ardıcıl olaraq Azərbaycanı Amerikada təmsil edən ilk özəl məktəb olub
# 16 fevral 2023 10:00 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Kamran Mirzəli “Sabahın alimləri” XII Respublika Müsabiqəsində biologiya fənni üzrə ölkənin ən güclüsü olub və o, Azərbaycanı Amerikada keçiriləcək dünyanın ən böyük müsabiqələrindən biri olan İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edəcək.

APA xəbər verir ki, Kompleksin digər şagirdi Nigar Mirzəli isə kimya fənni üzrə müsabiqənin bürünc medalını qazanıb. O, keçən il keçirilən “Sabahın alimləri” XI Respublika Müsabiqəsində riyaziyyat fənni üzrə qızıl medal qazanaraq komanda yoldaşı Leyla Abbasova ilə birlikdə Amerikaya final turuna vəsiqə qazanmışdı.

2021-ci ildə isə kompleksin şagirdi Rafiq Qasımov riyaziyyat fənni üzrə ölkənin ən güclüsü olaraq Amerikada keçirilən Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmişdi.

Dünyanın ən böyük STEM müsabiqəsi olan Regeneron ISEF 2023-cü il mayın 13-19-da Texas ştatının Dallas şəhərində Kay Bailey Hutchison Konqres Mərkəzində keçiriləcək. Burada dünyanın 80 ölkəsindən 1800 finalçı yarışacaq.

Azərbaycanı bu müsabiqədə təmsil edəcək bütün iştirakçılara uğurlar arzulayırıq!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR