Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbindəki uşaqlara baş çəkib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ombudsman uşaqlarla fərdi və kollektiv söhbətlər aparıb.
Aşkar olunmuş çatışmazlıqlarla bağlı müəssisə rəhbərinə tapşırıq və tövsiyələr verib, müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici müzakirələr aparıb.