Naxçıvanda su xəttində qəza olub

Naxçıvanda su xəttində qəza olub
# 03 aprel 2024 14:21 (UTC +04:00)

Naxçıvanda Araz çayından qidalanan “Qaraçuq-2” nasos stansiyasının Babək şəhərindən keçən hissəsindəki xətlərdə qəza baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, su xətlərinin partlaması nəticəsində Babək şəhərinin, Nehrəm qəsəbəsinin və rayonun Qoşadizə məhəlləsinin əkin sahələrinə suvarma suyunun verilməsində 6-7 saatlıq fasilə yaranıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları və texnikaları qəza baş verən əraziyə gediblər. Qəza baş verən xətlərə baxış zamanı məlum olub ki, zamanında vətəndaşlar tərəfindən qeyri-qanuni yolla təzyiqli boru xətlərinə olan müdaxilələr su xətlərinin qəzalı vəziyyətə düşməsinə səbəb olub. Dərhal idarə əməkdaşları tərəfindən qəza vəziyyəti aradan qaldırılıb, suvarma suyunun verilməsi təmin edilib.

“Nasos stansiyasının təzyiqli boru xətlərində baş verən qəza bir daha sübut edir ki, vətəndaşlar heç bir halda içməli və suvarmalı su xətlərinə müdaxilə etməməli, aid qurumlara məlumat verməlidirlər”, idarədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR