Bank Of Baku

Naxçıvanda Türkiyədən gələn psixoterapevtlər qazi və şəhid ailəsi üzvlərinə xidmət göstərir

Naxçıvanda Türkiyədən gələn psixoterapevtlər qazi və şəhid ailəsi üzvlərinə xidmət göstərir
# 21 fevral 2023 09:54 (UTC +04:00)

Azərbaycan Respublikası Hökumətinin dəvəti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə yanvarın 9-dan başlayaraq muxtar respublikada qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə nazirliyin psixoloqları və Türkiyə Respublikasından dəvət olunmuş ixtisaslı psixoterapevtlər tərəfindən psixoloji yardımlar göstərilir.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu kateqoriyadan olan şəxslərə psixoloji dəstək göstərmək məqsədilə təşkil olunan aksiya çərçivəsində seansları başa vuran türkiyəli psixoterapevtlər artıq öz ölkələrinə dönürlər. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən aksiyada iştirak edən mütəxəssis psixoterapevtlərə göstərdikləri dəstəyə görə “Təşəkkürnamə”lər təqdim edilib. Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Aparat rəhbəri Vüqar Babayev psixoterapevtlərə təşəkkür edərək bildirib ki, bu cür tədbirlərin təşkil olunması dövlətin qazi və şəhid ailələrinə, müharibə iştirakçılarına göstədiyi diqqət və qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu tədbirlərin muxtar respublikada həyata keçirilməsinə daim dəstək olur və gələcəkdə də belə aksiyaların keçirilməsinə öz dəstəyini göstərməyə hazırdır.

Türkiyə Respublikasından dəvət olunmuş psixoterapevtlər Merve Bazan və Emine Bıyıkoğlu bu müddət ərzində qazilər, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən psixoloji xidməti səmərəli təşkil etmək məqsədilə Səhiyyə Nazirliyinin göstərdiyi hər cür dəstəyə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, psixoloji dəstək aksiyasında iştirak etmək üçün qeydiyyatdan keçmiş 184 nəfərlə bu günədək 310 seans təşkil olunub və seanslar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR