Bank Of Baku

Naxçıvanın su ehtiyatlarını qiymətləndirmək üçün qarölçmə işləri aparılır - VİDEO

Naxçıvanın su ehtiyatlarını qiymətləndirmək üçün qarölçmə işləri aparılır - VİDEO
# 16 fevral 2023 19:52 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidməti Naxçıvanın Şahbuz rayonunun Biçənək kəndi yaxınlığında, Batabat gölü ərazisində Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə qarölçmə işlərini həyata keçirir.

APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, məqsəd Naxçıvanın su ehtiyatlarının qiymətləndirilməsi işlərini həyata keçirməkdir.

"Bundan əvvəl biz, Naxçıvan çayı üzərində müasir, portativ somer cihazı ilə su sərfini ölçdük. Məqsədimiz ondan ibarətdir ki, gursululuq proqnozunun dəqiqliyini ölçmək üçün burada proqnozlaşdırma işlərini aparmaq, eyni zamanda muxtar respublikanın su ehtiyatlarını qiymətləndirməkdir", - o deyib.

Umayra Tağıyeva qeyd edib ki, Batabat gölü ətrafında aparılan qarölçmə işlərinin nəticələri göstərir ki, həmin ərazilərdə qar örtüyünün hündürlüyü 30 sm-dən yarım metrə qədər dəyişir. Həmin ərazidə havanın temperaturu isə mənfi 13 dərəcədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR