Bank Of Baku

Nazir: 2040-cı ilə qədər ölümlərin 50 faizi qeyri-infeksion xəstəliklərlə bağlı olacaq

Nazir: 2040-cı ilə qədər ölümlərin 50 faizi qeyri-infeksion xəstəliklərlə bağlı olacaq
# 15 mart 2024 15:51 (UTC +04:00)

Qlobal miqyasda “Hamı üçün sağlamlığa” nail olmaq üçün bir sıra problemlər var. Xəstəliyin yükü bütün dünyada dəyişir. Təxminlərə görə, 2040-cı ilə qədər bütün ölümlərin 50 faizi qeyri-infeksion xəstəliklərlə bağlı olacaq.

APA xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.

"Dünya əhalisinin üçdə biri üçün zəruri dərman vasitələrinə çıxış problemlidir. Dərmanların qiyməti zəif inkişaf etmiş ölkələr üçün əlçatmazdır. Yeni texnologiyaların transferi, qiymət modellərinin nəzərdən keçirilməsi, əqli mülkiyyət maneələrinin aradan qaldırılması, məhsulun inkişafı üzrə tərəfdaşlıqların tətbiqi əsas dərmanlara çıxışı asanlaşdıra bilər", - deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR