“Əvvəllər bank kartları kimi maliyyə kağızları var idi. Burada çox geniş sui-istifadə halları var idi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, belə hallarla bütün rayonlarda rast gəlinib: “Pensiya ödənişi zamanı nöqtə vergülünün yerini dəyişməklə 1 ayda 10 dəfə artıq pensiya ödənilirdi. Sonra texniki xəta kimi göstərilir və səhəri gün texniki xətaya görə 1 manat tutulurdu. Yəni 300 manat pensiya ödənişi yerinə 3000 manat pensiya ödənişi edilirdi, amma texniki xətaya görə 1 manat çıxılırdı. Bununla bağlı ciddi iş aparıldı və maliyyə ödənişlərinin hamısı mərkəzləşdirildi və elektron xəzinə quruldu. Təkcə bundan cari ildə qənaət 10-12 milyon manat ətrafındadır. Digər məsələ sosial ödənişlərin təyinatının mərkəzləşdirilməsi ilə bağlıdır”.