“Azərbaycanın 3 universitetinin reytinqlərdə yüksələcəyini gözləyirik”.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu, proqnoz yox, hədəfdir:
“Hədəf o deməkdir ki, bəlli bir təhlil aparılır, bu təhlil nəticəsində 2 faktora baxılır. Biri mümkünlük, yəni mümkündür, ya yox. Məsələn, 6 universiteti yazsaq, bu, mümkündür, ya yox. Əlimizdə olan data ilə Top800-lük universitetləri müqayisə edirik. Baxırıq ki, ora getmək realdır, ya yox. Məsələn, Azərbaycan Dillər Universitetinin Top500-ə düşməsi mümkündürmü? Yaxın vaxtlarda bu, mümkün deyil. Ona görə yox ki, orada hər şey pisdir. Ona görə ki, çox spesifik sahə ilə məşğul olan, profili olan universitetdir. Əsasən təbiət fənləri, tibb və texnologiyalar sahəsidir. Bu gün Top500-də olan universitetlərdə mütləq tibb, təbiət elmləri sahəsindəki fənləri mütləq olmalıdır.
Bu yoxdursa, biz səhərə qədər oturub mübahisə edə bilərik, bir-birimizi yanlaya bilərik ki, küsə də bilərik. Amma mahiyyət olaraq bu olmadan Top500-ə düşmək mümkün deyil. Nəzəri olaraq mümkündür, amma praktik olaraq 2022-ci ildən 2026-cı ilə qədər mümkün deyil. İkinci meyar odur ki, buna nə qədər maliyyə lazımdır. Maliyyə Nazirliyi ilə biz, səylərimizi koordinasiya etmişik. Yəni biz 3 universitet yazanda orada aşağı-yuxarı bizim təminatımıza uyğun yazılıb. 3 universitet deyəndə - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzərdə tutulur. Təhlil edəndə görürük ki, hazırki vəziyyətdən 2026-cı ilə qədər addım-addım gedəriksə, uğurlu olarıqsa, hədəfləməyimiz real görünür”.