Rəqəmsalaşma öz-özlüyündə məqsəd ola bilməz.
APA xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu sahədə inteqrasiyanın təmin edilməsi önəmlidir: "Ayrı-ayrı informasiya sistemlərinin yaradılması yaxşıdır, amma daxili sənəd dövriyyəsinə çevrilməsi məsələsinə diqqət edilməlidir. Bu sistemlər vahid sistem kimi tətbiq edildikdə, faktiki olaraq əlavə dəyər qazanmış oluruq".
O bildirib ki, elektron ədalət mühakiməsinin formalaşdırılması vahid pəncərə sistemində çıxışın təmin edilməsi deməkdir: "Bu, bizim hədəflərimizdən biridir, dövlət orqanları arasında daha rəvan, daha çevik məlumat mübadiləsinə təkan verəcək. Süni intellekt sistemlərinin tətbiqi vahid elektron, rəqəmsal ədalət mühakiməsi sisteminə əlçatanlığı da artıra bilər. Lakin biz bu yolu qısa zamanda qət edə bilmərik. Bizim bu hədəfə doğru yolumuzda elektron rəqəmsal alətlərdən, sistemlərdən istifadə edərək uğurlu addımlar ata bilərik".