Nazir məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib

Nazir məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib
# 29 fevral 2024 15:29 (UTC +04:00)

Elm və təhsil naziri Emin Əmrullayev məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib.

APA xəbər verir ki, nazir bildirib ki, bu hadisə hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:

“Bu hadisə də daxil olmaqla məktəbli ilə bağlı istənilən hala görə 150 min müəllimi günahlandıra bilmərik. Çünki yeniyetmələr arasında belə hallar baş verir".

Nazir 6 nömrəli məktəbdə baş verən hadisəyə də münasibət bildirib:

"6 nömrəli məktəbdə də 8 yaşlı, ikinci sinifdə oxuyan uşağın valideyni iddia edib ki, 13 yaşlı uşaq onun övladını hansısa cinsi zəmində qısnamaya məruz qoyub. Dərhal burada hansısa cinayət halı və ya hüquq pozuntusu ola bilər deyə polis orqanlarına müraciət edilir. Polis orqanları aidiyyəti araşdırmanı aparıb, ekspertiza da aparılıb, nəticə etibarı ilə bu hadisənin baş verib-verməməsi ilə bağlı hansısa sübut əldə olunmayıb".

Gəncədə baş verən hadisəyə gəldikdə isə nazir deyib ki, IX sinifdən sonra təhsilini davam etdirməyən bir şagird məktəbə gedib:

"Məktəb kontingenti təbii olaraq onu məktəb üzvü olmadığı üçün içəri buraxmayıb. Həmin şagird isə bu və ya digər səbəbdən başqa şagirdə xəsarət yetirərək həyatına son qoyub. Çox kədərli hadisədir, heç kim bunu istəməz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR