Bələdiyyələrin elektron xəritələrinin hazırlanması prosesi davam edir.
APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
O bildirib ki, xəritələrin hazırlanması işi yekunlaşmaq üzrədir: “İqtisadiyyat Nazirliyindən bizə bildirilib ki, iş 95 % bitib, amma xəritənin hazırlanması prosesin bitməsi demək deyil. Proses razılaşmalardan sonra bitəcək, bu sahədə intensiv iş gedir. İqtisadiyyat Nazirliyi bu işi yekunlaşdırmaq əzmindədir. Amma özünüz də bilirsiniz ki, sərhəd məsələsində də hər zaman mübahisələr olur. Bu, həm rayonlar, həm bələdiyyələr arasında var”.