Bank Of Baku

Nazir müavini: FHN-in Türkiyədəki xilasediciləri 24 saat ərazidədir, axtarışlar davam edir

Nazir müavini: FHN-in Türkiyədəki xilasediciləri 24 saat ərazidədir, axtarışlar davam edir
# 10 fevral 2023 17:00 (UTC +04:00)

Hazırda Kahramanmaraşda Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalı da fəaliyyət göstərir.

APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, o özü bu gün hospitala baş çəkib: “Həmin mobil səhra hospitalında zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərilir. 41 nəfərdən ibarət olan həkim personalı xidmətlərini davam etdirir”.

Nazir müavini qeyd edib ki, hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir: “Xilasedicilərdən əlavə olaraq xüsusi təlim görmüş 8 it də əməliyyat-axtarış tədbirlərinə cəlb olunub. Hər saat, hər dəqiqə bizim üçün vacibdir. Xilasedicilərimiz öz canı, qanı bahasına axtarış aparır. Xilasedicilərimiz gecə-gündüz, 24 saat ərazidədir, axtarışları davam etdirirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR