Nazir Sahil Babayev Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək

Nazir Sahil Babayev Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək
# 21 may 2024 11:21 (UTC +04:00)

Nazir Sahil Babayev Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən APA-ya verilən xəbərə görə, nazir Sahil Babayev mayın 31-də Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 21 - 23 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR