"Ali təhsil sistemində mərkəzləşmiş qaydada müəllim qəbulu ola bilməz".
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, ali təhsilin keyfiyyətinə nəzarətin başqa forması var:
"Bu daha çox akkreditasiyadır. Proqram və instusional akkreditasiya meyarları artıq təsdiq olunub və biz akkreditasiya prosesinə başlamışıq. Akkreditasiya zamanı ixtisasına uyğun olmayan müəllimlər, elmi dərəcəsi olmayan müəllimlərin araşdırılıb müəyyən edilib bəzi proqramların akkreditasiyalarını ləğv edə bilərik. İctimaiyyətə də bu barədə məlumat veriləcək. Lakin nazirliyin gedib ali təhsil müəssisəsinə müəllim seçməsi doğru olmaz. Əslində məktəblərə müəllimləri də direktorların özləri seçməlidirlər. Prosesin şəffaf olması üçün biz bunu mərkəzləşdirmişik".