“Məktəbdaxili qiymətləndirmə əvvəlki qaydada keçiriləcək”.
APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.
O qeyd edib ki, böyük və kiçik summativlər təşkil ediləcək: "Bunun üçün müəllimlərə veriləcək təlimati məktublar hazırlanaraq yaxın günlərdə yerlərə göndəriləcək".