Bank Of Baku

Nazirlik: "Müharibə veteranı" təqaüdünün artırılmasına baxıla bilər

Nazirlik: "Müharibə veteranı" təqaüdünün artırılmasına baxıla bilər
# 16 yanvar 2024 11:50 (UTC +04:00)

Vətən müharibəsi iştirakçılarına ödənilən vəsaitin artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

O bildirib ki, hazırda həmin şəxslərə 80 manat məbləğində vəsait ödənilir: "Nazirlik tərəfindən qazilərin müvafiq iş yerləri ilə təmin olunması istiqamətində iş aparılır. Əhaliyə ödənilən sosial ödənişlərin artırılması fonunda bu məsələyə də baxıla bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR