Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
# 29 mart 2024 18:25 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov özünüməşğulluq proqramı çərçivəsində Neftçala şəhər sakinləri Ağayev Malik Fərman oğlu və Əzizov Rəşad Zabil oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.


Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, M.Ağayev avtomobil şinlərinin bərpası və təmiri, R.Əzizov isə kişi bərbərxanası xidməti üzrə aktivlərlə təmin olunublar. Onlar işsiz şəxslərin kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.


Qeyd edək ki, ötən il ölkəmizdə daha 17,4 min, o cümlədən Neftçala rayonunda 190 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR