Bank Of Baku

Niyazi Bayramov Gəncə sakinləri ilə görüşüb - FOTO

Niyazi Bayramov Gəncə sakinləri ilə görüşüb - FOTO
# 16 dekabr 2022 13:43 (UTC +04:00)

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

İH-dən APA-ya verilən məlumata görə, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə şəhər 34 nömrəli tam orta məktəbdə təşkil olunan səyyar görüşdə əvvəlcə təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan guşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Daha sonra sakinlər tək-tək çıxış edərək, öz şikayət və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında mənzil növbəliyi, işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.

Dinlənilən bu və digər məzmunlu müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq, qanuna müvafiq formada həll edilməsi üçün qeydiyyata görütülüb.

Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR