Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO  - YENİLƏNİB
# 23 aprel 2024 14:04 (UTC +04:00)

Aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, mərasimdə Komitənin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 744 ailə, 2839 nəfərin daimi məskunlaşması təmin edilib.

***

06:21

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb. Ümumilikdə Bakı və Sumqayıt şəhərlərindən 37 ailə (144 nəfər), Şirvan şəhərindən və Füzuli rayonundan isə 2 ailə (6 nəfər) köçülürüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Bununla da ümumilikdə Füzuli şəhərinə 744 ailə, yəni 2839 nəfər köçürülmüş olur.

Aytən Sakitqızı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR