Bank Of Baku

Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB-1 - VİDEO

Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb, açarlar təqdim olunub - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 16 dekabr 2025 14:16 (UTC +04:00)

Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köçən sakinlərə evlərinin açarları təqdim edilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin əməkdaşları, Qaçqınlar məcburi köçkünlərin işləri üzrə Dövlət xidmətinin və ANAMA-nın nümayəndələri iştirak edib. Çıxış edənlər sakinləri qayıdış münasibəti ilə təbrik edib, yaşayış məntəqələrində yaradılmış şəraitlə bağlı ətraflı məlumat verilib.

Sonra Təzəbinə və Seyidbəyli sakinlərinə evlərin açarları təqdim olunub.

***

13.30

Növbəti köç karvanları Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər köçürülüb.

***

12:44

Xocalının TəzəbinəSeyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər yola düşüb.

Qeyd edək ki, Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR