Bank Of Baku

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub- YENİLƏNİB-1 - FOTO

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub- YENİLƏNİB-1  - FOTO
# 07 iyul 2026 13:02 (UTC +04:00)

Xocavənd şəhərinə köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə şəhərə köçürülən 41 ailə, ümumilikdə 163 nəfər yeni mənzillərlə təmin olunub.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqların işğaldan azad edilməsinə görə Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Xocavəndə köç edən ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

***

12.08

Növbəti köç karvanl Xocavənd şəhərinə çatıb.

APA xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailə (163 nəfər) köçürülüb.

***

11.43

Xocavənd şəhərinə növbəti köç yola salınıb.

APA xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailə (163 nəfər) yola salınıb.

Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR