Bank Of Baku

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub- FOTO - VİDEO - YENİLƏNİB-1

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub- FOTO  - VİDEO  - YENİLƏNİB-1
# 28 noyabr 2025 14:05 (UTC +04:00)

Noyabrın 28-də Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə köçürülən 177 nəfərdən ibarət 33 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

13.30

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb.

APA xəbər verir ki, Məmmədbəyli kəndinə bu gün 33 ailə - 177 nəfər köçürülüb.

***

06.20

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə - 177 nəfər köçürülüb.

Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR