Bank Of Baku

Novxanıda qəzada xilas edilən sürücü xəstəxanada ölüb - VİDEO - YENİLƏNİB

Novxanıda qəzada xilas edilən sürücü xəstəxanada ölüb - VİDEO  - YENİLƏNİB
# 09 aprel 2024 19:50 (UTC +04:00)

Novxanıda qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

APA-nın Sumqayıt bürosu xəbər verir ki, sürücü 1970-ci il təvəllüdlü Allahverdiyev Mübariz Nizami oğlu xəstəxanada ölüb.

***

19:15

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobili ilə “HYUNDAI” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KİA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Allahverdiyev Mübariz Nizami oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR