Ombudsman: İl ərzində 100-dən çox şəxs məhkəmənin qərarı ilə bəraət alır

Ombudsman: İl ərzində 100-dən çox şəxs məhkəmənin qərarı ilə bəraət alır
# 29 fevral 2024 11:24 (UTC +04:00)

Təhlillər göstərir ki, il ərzində barəsində həbs qətimkan tədbiri seçilmiş 100-dən çox şəxs sonradan məhkəmənin qərarı ilə bəraət alır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, bəzi illərdə 200-dək təqsirləndirilən şəxsin bəraət almasına baxmayaraq, cinayət prosesi gedişində həmin şəxslər barəsində həbs qətimkan tədbiri nəinki tətbiq edilib, bir sıra hallarda həm də uzadılıb.

Qeyd edilənlər, eyni zamanda Ombudsmana ünvanlanmış ərizələrin təhlili, istintaq təcridxanalarında həyata keçirilən başçəkmələrin nəticələri nəzərə alınaraq, həbsə alternativ qətimkan tədbirlərinin seçilməsinin əhəmiyyəti bir daha diqqətə çatdırılır:

“Bu baxımdan, həbslə bağlı olmayan qətimkan tədbirlərinin daha çox tətbiqi, habelə cəza müəyyən edilərkən azadlıqdan məhrumetməyə alternativ cəzalara üstünlük verilməsi istiqamətində tədbirlərin genişləndirilməsi zəruridir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR