Ombudsman: Uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Ombudsman: Uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur
# 05 mart 2024 12:58 (UTC +04:00)

Uşaqların, xüsusilə qızların təhsildən yayındırılması, erkən evlilik, cəmiyyətdə, ailədə və təhsil müəssisələrində uşaqlara qarşı baş verən zorakılıq halları ciddi narahatlıq doğurur.

APA-nın xəbərinıə görə, bunu Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva parlamentdə çıxışında bildirib.

O deyib ki, bu halların qarşısının alınması məqsədilə valideyn və təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir:

“Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR