Ombudsman: Vətəndaşların ölkə xaricində müalicəyə göndərilməsi problem olaraq qalmaqdadır

Ombudsman: Vətəndaşların ölkə xaricində müalicəyə göndərilməsi problem olaraq qalmaqdadır
# 29 fevral 2024 10:54 (UTC +04:00)

Vətəndaşların ölkə xaricində dövlət hesabına müalicəyə göndərilməsi məsələsi problem olaraq qalmaqdadır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, bu sahədə müvafiq komissiyanın fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra məsələlər hələ də öz həllini tapmayıb:

“Nəticə etibarilə qeyd edilməlidir ki, vətəndaşların sağlamlığına təhdid yaradan risklərin və onun doğura biləcəyi mənfi nəticələrin qarşısının alınması səhiyyə sahəsində maarifləndirmə işinin gücləndirilməsindən və sağlam həyat tərzinin təbliğindən əhəmiyyətli dərəcədə asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR