Ötən ay 24 nəfər sirkə turşusundan zəhərlənib

Ötən ay 24 nəfər sirkə turşusundan zəhərlənib
# 05 mart 2024 11:04 (UTC +04:00)

2024-cü ilin fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.

Mərkəzdən APA-ya verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir. Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR