Bank Of Baku

Ötən ay 44 aptekdə yoxlama aparılıb, 2-də nöqsan aşkarlanıb

Ötən ay 44 aptekdə yoxlama aparılıb, 2-də nöqsan aşkarlanıb
# 04 sentyabr 2024 11:05 (UTC +04:00)

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin avqust ayı ərzində Bakı şəhəri və digər rayonlar üzrə ümumilikdə 44 aptekdə yoxlama aparılıb.

Bu barədə APA-ya AEM-dən məlumat verilib.

Bildirilib ki, 31 aptekdə planlı, 13 aptekdə plandan kənar yoxlama keçirilib.

Qeyd edilib ki, yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4 maddə üzrə protokollar tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR