Sentyabrda 9208 nəfər COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə götürüb.
Bu barədə APA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən xəbər verilib.
Onların 8421-i Coronovac, 787-si isə Pfizer peyvəndi üçün növbə götürüb. Ötən ay SputnikV vaksini üçün müraciət olmayıb.
Eyni zamanda onlayn qaydada əldə edilən COVİD-19 PZR nəticələrin sayı isə 24 321 ədəddir.