Ötən il 186,3 min nəfər uşaqda patologiya aşkarlanıb

Ötən il 186,3 min nəfər uşaqda patologiya aşkarlanıb
# 05 mart 2024 15:51 (UTC +04:00)

"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" çərçivəsində 2023-cü ilin hesabat müddəti ərzində respublika üzrə 1291 min nəfər uşaq müayinə olunub.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Qeyd edilir ki, 186,3 min nəfər uşaqda müxtəlif patologiyalar aşkar olunub:

"Beləliklə, respublika üzrə hesabat dövründə uşaqlar arasında dispanserizasiya 75% yerinə yetirilib. Onlardan 59,3 min nəfər uşaq müxtəlif patologiyalarla dispanser qeydiyyatına götürülüb. Dispanser müayinələrin nəticəsində 12,6 min nəfər uşaq hospitalizasiya olunub. 2023-cü ildə sağalma ilə dispanser qeydiyyatından çıxanların sayı 52,8 min nəfər təşkil edib, 600,9 min köməkçi diaqnostik müayinədən istifadə edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR