Ötən il 436 qadının əmək hüquqları pozulub

Ötən il 436 qadının əmək hüquqları pozulub
# 20 may 2024 15:06 (UTC +04:00)

Ötən il 436 qadının əmək hüquqları pozulub.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2023-cü il ərzində əmək hüquqlarının pozulması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinə baxılması, eyni zamanda dövlət orqanlarından daxil olan məlumatların araşdırılması zamanı işəgötürənlər tərəfindən 1776 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilmiş və törədilmiş inzibati xətalara görə inzibati qaydada cərimə tətbiq edilib (2022-ci ildə isə bu rəqəm 1807 olub).

Bunlardan:

- 436-sı qadınların hüquqlarının pozulması üzrə;

- 1340-ı isə kişilərin hüquqlarının pozulması üzrə olub.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək hüquqlarının pozulması ilə bağlı 287 müraciət daxil olub.

2022ci ilin məlumatına əsasən işsizlərin ümumi sayının 55.9%-ni qadınlar (164.1 min nəfər) təşkil edib. Ümumi respublika üzrə qadınlar arasında işsizlik səviyyəsi 6.5% (kişilər arasında – 4.8%) səviyyəsində müşahidə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR