Ötən il DİN-ə erkən nikahla bağlı 50 müraciət daxil olub, 20 cinayət işi başlanıb

Ötən il DİN-ə erkən nikahla bağlı 50 müraciət daxil olub, 20 cinayət işi başlanıb
# 28 fevral 2024 11:31 (UTC +04:00)

2023-ci il ərzində daxili işlər orqanlarına erkən nikahla bağlı 50 müraciət daxil olub.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Emin Nəsirli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu müraciətlərdən 20 fakt üzrə cinayət işi başlanıb:

“Bunlardan 19-u Cinayət Məcəlləsinin 152-ci, 1 fakt üzrə isə 176.1-ci maddəsi ilə cinayət işi başlanıb. Ailə Məcəlləsinin 10-cu maddəsində göstərilib ki, nikaha daxilolma yaşı 18 nəzərdə tutulub, istisna hallarda 17 yaşa endirmək mümkündür. 152-ci maddə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, 176.1-ci maddə isə qadının nikaha məcburi daxil edilməsidir. Bu cinayətlərin bir-birindən fərqi ondadır ki, 16 yaşına çatmayan şəxsin cins əlaqədə olması onun iradəsindən asılı olmayan səbəbdir, istər onun razılığı olsun, istər olmasın, bu, qarşı tərəf üçün cinayət tərkibi yaradır. Amma nikaha məcburi daxiletmə əksər hallarda valideyn tərəfindən edildiyi üçün nikaha daxil olmaq istəməyən şəxs özü müraciət edir ki, bununla bağlı istəyi yoxdur. Bu halda onu nikaha məcbur edən şəxslə bağlı tədbir görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR