Ötən il ilk dəfə əlilliyi müəyyən edilmiş şəxslərin 10 faizdən çoxu gənclər olub

Ötən il ilk dəfə əlilliyi müəyyən edilmiş şəxslərin 10 faizdən çoxu gənclər olub
# 19 sentyabr 2024 17:32 (UTC +04:00)

2023-cü ildə dispanser qeydiyyatında olan gənc xəstələrin sayı isə əhalinin hər 10000 nəfərinə hesabla 1622 nəfər təşkil edib.


APA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi “Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, ümumi xəstələnənlər arasında gənclərin xüsusi çəkisi az olsa da, bu problem ölkəmizdə hələ də mövcuddur:

"Belə ki, 2023-cü ildə 14-29 yaşda gənclərin 824 nəfərində aktiv vərəm, 296 nəfərində isə bədxassəli şiş xəstəliyi aşkar edilmiş və bu yaşda olan əhalinin hər 100000 nəfərinə müvafiq olaraq 36 və 13 nəfər xəstə düşüb. Eyni zamanda 2023-cü ildə gənclərin hər 100 000 nəfərindən 1-nə alkoqolizm diaqnozu, 48 nəfərinə isə narkomaniya toksikomaniya diaqnozu qoyulub. 2023-cü ildə ilk dəfə əlilliyi müəyyən edilmiş şəxslərin sayı 25,1 min nəfər olmuş və onların 10,7 faizini 14-29 yaşda olan gənclər təşkil edib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR