Ötən il peyvənd olunan azyaşlılarla bağlı statistika açıqlanıb

Ötən il peyvənd olunan azyaşlılarla bağlı statistika açıqlanıb
# 05 mart 2024 16:02 (UTC +04:00)

2023-cü ildə yenidoğulmuşlar "Hepatit B" vaksini ilə 97,9 %, vərəm əleyhinə BCG vaksini ilə 94,7% əhatə olunub.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Həmçinin qeyd edilib ki, 1 yaşa qədər uşaqların poliomielit əleyhinə ikivalentli OPV vaksini ilə 77,7%, əhatə olunub.

"6 yaşlı uşaqlar qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM vaksini ilə 72,3%, difteriya və tetanus əleyhinə DT vaksini ilə 79,4% əhatə olunub", - deyə hesabatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR