Ötən il sərhədi saxta sənədlə keçməyə çalışan 264 nəfər saxlanılıb

Ötən il sərhədi saxta sənədlə keçməyə çalışan 264 nəfər saxlanılıb
# 05 mart 2024 16:03 (UTC +04:00)

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2023-cü il ərzində 518 nəfər sərhəd pozucusu saxlanılıb.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd edilib ki, sərhədboyu rejim qaydalarını pozduğu üçün 11,2 min nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 9,7 min nəfər tutulub, 264 nəfər saxta, 5 nəfər özgəsinin sənədiylə və 4 nəfər gizli şəkildə dövlət sərhədində buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. 159 şəxsin sənədlərinin dövlət sərhədindən keçmək üçün etibarlı olmaması aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR