Ötən il tibb müəssisələrinin saxlanılması üçün 279,1 mln manat vəsait ayrılıb

Ötən il tibb müəssisələrinin saxlanılması üçün 279,1 mln manat vəsait ayrılıb
# 05 mart 2024 14:59 (UTC +04:00)

2023-cü ildə dövlət büdcəsinin "Səhiyyə" bölməsindən Səhiyyə Nazirliyinin tibb müəssisələrinin saxlanılması üçün 279,1 mln manat vəsait ayrılıb. Bu vəsaitin 60,6 mln manatı səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrasına sərf edilib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Qeyd edilir ki, bu vəsaitin 1,5 mln manatı "Qan, qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə, 7,2 mln manat "Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə xidmətləri ilə bağlı xərclərə, 23,7 mln manatı "Talassemiya ilə mübarizə tədbirləri ilə bağlı xərclərə, 5,2 mln manatı İİV/QİÇS-lə bağlı mübarizə tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclərə, və 23,0 mln "2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı" nın maliyyələşdirilməsinə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR