2022-ci ildə Uşaq Nevroloji Xəstəxanasına müalicə üçün 7023 müraciət olub.
APA xəbər verir ki, bunu Uşaq Nevroloji Xəstəxanasının Baş həkimi Səadət Ələsgərova deyib.
O deyib ki, bu, kiçik rəqəm deyil:
“Xəstəxanaya qəbul olan xəstələrdən 2695 uşaq serebral iflic olub. Erkən diaqnostika və yardım ən vacib şərtlərdən biridir. Diaqnoz qoyulduqdan sonra müntəzəm müayinə və müalicə serebral iflicdən əziyyət çəkən uşaqların həyat keyfiyyətini yaxşılaşdırır”.
Aləmdə Nəsib